Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq”ün mövsümün 2-ci yarısına hazırlıq planları bəlli olub.
Presssport.az xəbər verir ki, baş məşqçi Miroslav Kloze komandanı yanvarın 4-də toplayacaq.
Yanvarın 5-dən 12-dək “Nürnberq” Herzogenauraxda təlim-məşq toplanışına yollanacaq.
Burda son gündə 2 yoxlama matçı da planlaşdırılıb. Rəqiblər daha sonra açıqlanacaq.
Xatırladaq ki, Mahir II Bundesliqa təmsilçisinə bu yay keçib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC