"Qarabağ"ın qapıçısı ilin ən yaxşıları sırasında

“Qarabağ”ın üzvü Mateuş Koxalski ölkəsi Polşada 2024-cü ilin ən yaxşı 9-cu qapıçısı hesab edilib.

Presssport.az xəbər verir ki, siyahını yerli "iGol.pl" nəşri tərtib edib.

Belə ki, 24 yaşlı qolkiper 34 xalla 9-cu yeri tutub.

“Bolonya”da çıxış edən Lukas Skorupski 265 xalla 1-ci olub. "Barselona"da çıxış edən Voytsex Şesnı (244 xal) 2-ci, "Volfsburq"un "çərçivə qoruyucusu" Kamil Qrabara 3-cüdü.

iGol.pl-in hazırladığı siyahını təqdim edirik: 

1. Lukaş Skorupski ("Bolonya") - 265 xal

2.  Voytsex Şesnı ("Barselona" - 244 xal

3. Kamil Qrabara ("Volfsburq") - 158 xal

4. Marçin Bulka ("Nitsa") - 135 xal

5. Lukaş Fabianski ("Vest Hem") - 125 xal

6. Radoslav Mayeski ("Monako") - 94 xal

7. Bartoş Mrozek ("Lex") - 54 xal

8. Bartlomey Dronqovski ("Panatinaykos") - 48 xal

9. Mateuş Koxalski ("Qarabağ") - 38 xal

10. Kasper Trelovski ("Rakov") - 24 xal

Xatırladaq ki, Koxalski cari ilin avqustunda "Qarabağ"a transfer olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC