Millimizin heyətində zədələnən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov bu il bir daha meydana çıxmamaq riski ilə üzləşib.
Presssport.az xəbər verir ki, 32 yaşlı futbolçunun sağalaraq düşərgəyə qayıtması yubanır.
Belə ki, Mahmudovun Misli Premyer Liqasının XVI turunun “Sumqayıt”la səfər oyununda da oynamayacağı dəqiqləşib. Onun qış fasiləsinədək son 2 turdakı matçlara hazır olub-olmayacağı isə hələ məlum deyil.
Xatırladaq ki, Emin kuboku da nəzərə alsaq, artıq 3 qarşılaşmadı “Neftçi”yə kömək edə bilmir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC