Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura iki oyunla start verilib.
Presssport.az xəbər verir ki, "Azərreyl" "Murov Az Terminal"ı 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16) hesabı ilə məğlub edib.
Digər görüşdə “Abşeron” UNEC-dən üstün olub - 3:0 (25:10, 25:12, 25:9).
Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
II turun son oyunu sabah Gəncə İdman Sarayında “Gəncə” və “Milli Aviasiya Akademiyası” arasında keçiriləcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC