Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib
Presssport.az xəbər verir ki, son ölkə çempionu "Sabah" "Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 75:74.
A qrupunda xallarının sayını 10-a çatdıran "Sabah" vahid lider olub. Naxçıvan təmsilçisi 9 xalla 2-ci pillədə qərarlaşıb.
Bu yerdə bildirək ki, turun əvvəlki üç matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56) qalib gəlib.
Xatırladaq ki, "Sumqayıt" - "Gəncə" görüşü dekabrın 7-də, "Şəki" - "Lənkəran" oyunu isə dekabrın 8-də baş tutacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC