Almaniya II Bundesliqasında XV turun oyunları keçirilir.
Presssport.az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" "Elvesberq"in qonağı olub.
“İdman TV” ilə canlı yayımlanan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir 90 dəqiqə meydanda olub. O, 52-ci dəqiqədə sarı vərəqə görüb.
15 turdan sonra aktivində 19 xal olan "Nürnberq" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC