Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Test şöbəsinin əməkdaşları Türkiyə Dopinqlə Mübarizə Komissiyasında (TDMK) olublar.
Presssport.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, TDMK-nın baş direktorunun müavini Mehmet Yoğurtcuoğlu qonaqları salamlayaraq, Türkiyənin həyata keçirdiyi antidopinq siyasəti barədə məlumat verib, ölkələrimiz arasında bu sahədə birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.
Sonra qonaqlara dopinq nəzarəti prosesinin vaxtı və nəticələrin dəyərləndirilməsi barədə məlumat verilib.
TDMK-nın müxtəlif şöbələrinin iş prinsipləri ilə maraqla qonaqlarla test planlaması haqqında fikir mübadiləsi aparılıb, gələcək planlar barədə müzakirlər olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC