"Turan Tovuz"la "Kəpəz" cərimələnib

AFFA İntizam Komitəsi "Turan Tovuz" və “Kəpəz”i cərimələyib.

Presssport.az xəbər verir ki, Qərb təmsilçiləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında yaşananlara görə ziyana düşüb.

"Turan Tovuz" evdə "Sabah"a penaltilər seriyasında uduzduqları görüşdə azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (cari mövsümdə 2-ci dəfə) ucbatında 500 manat ödəyəcək. Meydan sahibləri tərəfdarlar pirotexniki vasitədən istifadə etdiyi üçün 1500 manat cərimə olunub.

"Kəpəz" isə "İmişli"ni məğlub etdiyi (1:0) qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından 700 manat cərimə verəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC