"Birinci hissədə "Qarabağ"dan daha yaxşı oynadıq, amma ikinci yarıda alışdığımız "Qarabağ"ı görə bildik" - Berezutski

"Sabah" Misli Premyer Liqasının 16-cı turunda doğma meydanda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə görüşlə bağlı söz açıb.

- Çox ağır oyun oldu. Amma nəticəni normal hesab edirəm. Oyuna gəldikdə isə hələ çox işləməliyik. Heyətdə rotasiyalar etmişdik. Çünki kubokda 120 dəqiqə ağır oyun keçirmişdik.

- Demək olar ki, dəyişikliklər edəndən sonra oyunun tempi yüksəldi?

- Bizim yorğunluq ikinci hissədə öz təsirini göstərirdi. Buna baxmayaraq, əks-hücumda fürsətlərimiz oldu. Onlardan istifadə etmək olardı. Bizim üçün nəticə yaxşıdı.

- Gözlədiyiniz "Qarabağ"ı gördünüz?

- Birinci hissədə rəqibdən daha yaxşı oynadıq. "Qarabağ"ın hücum potensialının qarşısını aldıq. Amma ikinci yarıda alışdığımız "Qarabağ"ı görə bildik. Onlar daha sürətli oynayırdı, daha hərəkətli idi.

- Komandanızın potensialı nəyə imkan verir?

- Futbolçuların potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verir. Bura gələndə vaxtımız az idi, 3-4 gündən bir oynayırdıq. Amma indi bir həftəlik vaxtımız var, normal hazırlaşa biləcəyik. Əlimizdən gələni edəcəyik ki, bizdən öndə olan komandalarla rəqabət aparaq.

- Boyan Letiçi sağ cinah yarımmüdafiəçisi mövqeyində oynadırsız. Bunu qarşıdakı matçlarda da edəcəksiz?

- Kubok matçından sonra rotasiyalar etmək istəyirdik. Bu gün o mövqedə Kahim Parris olmalı idi. Təəssüflər olsun ki, o zədələndi. Boyan Letiç bu gün çıx böyük iş gördü. Onun oyunundan razıyam.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC