"Neftçi" Misli Premyer Liqasının 16-cı turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığını başa vurub.
Presssport.az xəbər verir ki, "ağ-qaralar" bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb.
Emin və Azərlə yanaşı, cəzalılar – Yuri Matias və Edvin Kuç da “Sumqayıt”la matçı buraxacaq.
Xatırladaq ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması sabah saat 18:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC