“Vest Hem Yunayted”in futbolçusu Maykl Antonio ağır qəzaya düşüb.
Presssport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, 34 yaşlı hücumçunu vəziyyəti stabildi: "Təsdiq edə bilərik ki, Antonio bu gün yol qəzasına düşüb. Bütün klub işçiləri üşüncə və duaları ilə Mayklın, ailəsinin və dostlarının yanındadır”.
Mayklın hazırda London xəstəxanasında reanimiasiya şöbəsində nəzarət altında olduğu deyilir. Qəza ağır olsa da, futbolçunun şüurlu və ünsiyyətdə olduğu bildirilir.
Klub Antonio və onun yaxınlarının yanında olduğunu qeyd edib.
Qəza zamanı futbolçunun maşını ciddi ziyan görüb.
Xatırladaq ki, Maykl 2015-ci ilin sentyabrından "Vest Hem"də çıxış edir. Yamayka millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC