AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Presssport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun 3-cü mərhələsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Sarayevo” (Bosniya və Herseqovina) oyununun UEFA nümayəndəsi olacaq.

Trabzon şəhərində yerləşən Şenol Güneş İdman Kompleksi stadionunda təşkil olunacaq cavab görüşü dekabrın 11-də baş tutacaq.

“Trabzonspor” – “Sarayevo” matçını belaruslu baş hakim Amine Kourgheli idarə edəcək. Bosniya və Herseqovinada keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC