Premyer Liqanın XXII turu da 3 gündə keçiriləcəyinə rəğmən, fərqliliklə diqqət çəkəcək.
Presssport.az xəbər verir ki, ilk dəfə bir gündə 3 matç keçiriləcək.
Özü də son oyun gününə təsadüf edən hər 3 qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq və VAR iş başında olacaq.
Tura start verəcək “Qarabağ”la "Sabah" son 3 gündə 2-ci dəfə eyni məkanda qarşılaşacaq. Bu da ona görədi ki, adıçəkilən komandalar Azərbaycan kubokunun 1/4 final mərhələsində də rəqib idilər.
“Qarabağ” həmin görüşdə mərhələ adlasa da, 3:4 hesabıyla uduzaraq 12 il sonra daxili yarışlarda 1 oyunda 4 və daha artıq qol buraxdı. Belə ki, Qurban Qurbanovun komandası 2012-ci ilin sentyabrın 16-da səfərdə AZAL-a 2:6 hesabıyla yenildiyi görüşdə qapısında daha çox top görmüşdü. “Sabah” bunadək “Qarabağ”a qalib gəlsə də, rusiyalı sabiq baş məşqçisi Murad Musayevlə bu, evdə olmuşdu. Onun gedişindən sonra baş məşqçi əvəzi olan İqor Ponomaryov səfər qələbəsi həsrətinə son qoydu.
Özü də maraqlıdı ki, bu komandaların “Qarabağ”ın meydanında məhz 4:3-lük matçı olmuşdu. Sadəcə, ağdamlıların üstün olduğu həmin Premyer Liqa görüşü “Azərsun Arena”da baş tutmuşdu. “Qarabağ”ın 12 oyunluq məğlubiyyətsiz seriyası bitsə də, bu, Premyer Liqada davam edir. Özü də “Sabah” keçən mövsüm özündən irəlidə tək komanda olan Ağdam təmsilçisndən bu çempionatda hələ ki xal ala bilməyib.
Ümumiyyətlə, bu tur həsrətlərə son qoymağa imkan olması baxımından maraq doğurur. Belə ki, “Kəpəz” “Səbail”ə, “Sumqayıt” “Zirə”yə bu çempionatda hələ ki qol vura bilməyib. “Gənclik şəhəri" təmsilçisi ümumiyyətlə, "qartallar"ı 13 matçdı yenə bilməyərək son dəfə buna 4 il əvvəl nail olduğunu da vurğulayaq.
“Turan Tovuz”u "Qəbələ" qarşısında qol vura bilməmək problemi olmasa da, o da bu mövsüm rəqibi üzərində qələbəyə həsrətdi. Özü də tovuzlular hazırkı çempionatda ən ağır məğlubiyyətini məhz autsayder olan rəqibindən alıb. Ümumiyyətlə, "Qəbələ"ni Tovuzda məğlub etmək hələ ki mümkün olmayıb.
“Neftçi” isə “Araz-Naxçıvan” 9 illik fasilənin ardından Premyer Liqaya qayıdandan sonra ona qaIib gələ bilmir. Buna rumıniyalı sabiq baş məşqçi Adrian Mutu nail ola bilmədi, indi bu həsrəti onun monteneqrolu sələfi Miodraq Bojoviç bitirməlidi.
11 fevral (bazar)
“Qarabağ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Rauf Allahverdiyev
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
Cari çempionatdakı matçlar - 2:0, 2:1
12 fevral (bazar ertəsi)
“Kəpəz” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ şəhər stadionu, 15:00
Cari çempionatdakı matçlar - 0:0, 0:3
13 fevral (çərşənbə axşamı)
“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu, 15:00
Cari çempionatdakı matçlar - 2:2, 0:4
“Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İK stadionu, 17:15
Cari çempionatdakı matçlar - 1:0, 0:0
“Araz-Naxçıvan”– “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Dalğa Arena”, 19:30
Cari çempionatdakı matçlar - 1:0, 1:1
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC