II Liqanın qış çempionu “Baku Sportinq” növbəti hazırlıq matçını keçirib.
Presssport.az xəbər verir ki, “ağ-göylər” Buzovnadakı ev oyunlarını keçirdiyi stadionda eyni liqada çıxış edən “Şəfa” ilə üz-üzə gəlib.
Oyuna hücumlarla başlayan Elman Sultanovun rəhbərlik etdiyi komanda hər iki hissədə fərqlənərək, rəqibini 6 dəfə meydanın mərkəzinə dəvət edib. Bununla da, Buzovna təmsilçisi “Baku Sportinq” üçüncü yoxlama görüşündə də qalib gəlib - 6:0.
Qeyd edək ki, paytaxt təmsilçisi bundan öncəki qarşılaşmalarda “Sabah”ın gənclərini 4:3 və “İmişli”ni 3:1 hesabı ilə yenmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC