Gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Büro İclasında iştirak etmək məqsədilə Estoniyanın paytaxtı Tallinə səfər edib.
Presssport.az xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov Estoniyanın mədəniyyət naziri xanım Heydi Purqa ilə ikitərəfli görüş keçirib.
Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Onu ad bildirək ki, Estoniyada idman sahəsində dövlət siyasətini Mədəniyyət Nazirliyi həyata keçirir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC