"Sumqayıt" azarkeşləri Samir Abasovdan üzr istəyib: "Məsələni yanlış anlamışıq"

“Sumqayıt” azarkeşləri Misli Premyer Liqasının son turunda “Neftçi”yə evdə 2:0 hesabıyla qalib gəldikləri matçda qonaq komandanın baş məşqçisi Samir Abasovun ünvanına təhqiredici şüarlar səsləndirdiklərinə görə üzr istəyib.

Presssport.az xəbər verir ki, bu barədə “Ultras Sumqayıt” azarkeş qrupu bəyanata yayıb:

“Sumqayıt” – “Neftçi” matçından öncə mətbuatda Samir Abasovun klubdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı. Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı yoxdu. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik”.

Xatırladaq ki, 46 yaşlı Abasov ilk dövrədən sonra “Neftçi”yə qayıdıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC