"Oyun çox maraqlı keçdi. Amma eyni ssenari oldu, dominant "Qarabağ" idi, biz də çalışırdıq ki, birinci və ikinci zonada onları qarşılayaq və əks-hücumlarda oynayaq. "Qarabağ"a qarşı oynamaq üçün 99 faiz azdır, 100 faiz etibarlı oynamaq lazımdır. Hücumda da, müdafiədə də".
Presssport.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Ruslan Qafitulin Premyer Liqanın 22-ci turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Murad Musayevin gedişindən sonra nə dəyişdi ki, 1:7 darmadağın olunduğunuz "Qarabağ"a artıq uduzmursuz?
- Daha çox psixoloji cəhətdən futbolçularla danışdıq və onlara sərbətlik verdik. Fərq ondadır ki, bəlkə də Murad Musayevin tələbkar olması uşaqlara təsir edirdi. Amma İqor Ponomaryov gördü ki, 1:7-dən çətindir və onlara azadlıq verdi.
- Sizcə, baş məşqçi əvəzi olan İqor Ponomaryov bu nəticələrdən sonra komandada qala bilər?
- Bu barədə nəsə deyə bilmərəm. Rəhbərliyin işidi.
- Qapıçınız Yusif İmanovun son dəqiqədə buraxdığı səhvi necə şərh edərdiniz?
- Öz emosiyaları ilə bacarmadı. Yusif yaxşı qapıçıdır. Bu gün çox yaxşı seyvləri oldu. Sadəcə emosiyaları ilə bacarmadı. Futbolda belə də olur.
- Davit Volkovun adı "Zirə" ilə hallanırdı. Özü getmək istəyirdi?
- Deyə bilmərəm. Amma bugünkü məlumat odur ki, hərarəti var.
- Bu gün "Sabah" qələbədən məhrum oldu, yoxsa İmanova görə xal itirdi?
- Deməzdim ki, İmanova görə heç-heçə oynadıq. Siz də izləyirdiz oyunu. Bizim də hardasa bəxtimiz gətirdi. "Qarabağ"ın epizodları oldu, istifadə edə bilmədi. Heç-heçə yaxşı nəticədir.
- Penaltiləri İşak Belfodil yerinə yetirdi. Onu həvəsləndirmək üçün idi?
- Məşqlərdə görürük ki, Belfodil penaltilərə çox soyuqqanlı yaxınlaşır. Baş məşqçi qərar verdi ki, bundan sonra penaltiləri Belfodil vuracaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC