"Xəzər Lənkəran"ın futbolumuza qayıtmaq ehtimalı təsdiqlənib.
Presssport.az xəbər verir ki, Lənkərandakı Mərkəzi Stadion stadion təmirə bağlanıb və bu haqda tapşırıq verən “ağ-yaşıllar”ın sahibi, fəxri prezidenti Mübariz Mənsimov kluba büdcə ayırıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lənkəranın Azərbaycan futboluna gözlənilən qayıdışıyla bağlı danışarkən, bunu ancaq alqışladığını söyləyib: "Lənkəranda oynamaq...Ora başqa motivasiya ilə hazırlaşırdıq. 10-12 min azarkeş olurdu. Sanki avrokubok oyununa çıxırdıq, hazırlaşırdıq. Çox istəyərdim ki, "Xəzər Lənkəran" yenidən qayıtsın. Fikir varsa, yalnız alqışlayıram".
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqada son dəfə 2015/16 mövsümündə çıxış edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC