"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb.
Presssport.az xəbər verir ki, bu barədə qərar Rusiya Futbol İttifaqının İntizam Komitəsi tərəfindən qəbul edilib.
Cəzalandırılmaya səbəb 41 yaşlı mütəxəssisin Premyer Liqasının XVIII turda "Lokomotiv"lə (0:0) oyundakı davranışı olub. Belə ki, matça əlavə olunmuş dəqiqələrdə Musayevə hakimin qərarı ilə nümayişkəranə şəkildə razılaşmadığına görə xəbərdarlıq edilib. Daha sonra 41 yaşlı rusiyalı baş məşqçi köməkçi hakimə nalayiq ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə “texniki zona”dan qovulub.
"Krasnodar" hazırda 39 xalla turnir cədvəlinə başçılıq edir. Komanda qış faisləsindən sonra ilk matçında - 2025-ci il martın 2-də "Krılya Sovetov"la qarşılaşacaq.
Xatırladaq ki, Musayev 2021-24-cü illərdə "Sabah"ı çalışdırıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC