Azərbaycan UEFA reytinqində 1 pillə geriləyib.
Presssport.az xəbər verir ki, buna səbəb "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Elfsborq"a uduzmasıdı (0:1).
Hazırda Azərbaycan 19,625 əmsalla 28-ci pillədədi.
Son turda "Ludoqorets” "AZ Alkmaar"la heç-heçə (2:2) oynayıb ki, bununla da Bolqarıstan (19.625) Azərbaycana çatıb.
Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən 27-ci pillədə qərarlaşıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC