İsveçin “Elfsborq” klubunun baş məşqçisi Oskar Hilyemark Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Presssport.az xəbər verir ki, isveçli mütəxəssis 2 fərlqi hissə alındığını sayır: "İlk hissədə çoxlu texniki səhv etdik. İkinci hissədə çox yaxşı çıxış etdik. Meydan son dərəcə sürüşkən idi. Qoldan sonra daha cəsarətli olduq və kompakt oynadıq. Bu, çox yaxşı idi. “Qarabağ”dan buraxdığı qoldan sonra təzyiq var idi. Bundan əvvəl "Roma"ya qarşı bütün 90 dəqiqə eyni futbolu oynamışdıq (1:0). Ona görə də tam sakit idim".
"Elfsborq" "Qarabağ"a qalib gəlməklə 24-cü pilləyə yüksəlib. Komanda yerini qoruya bilsə, növbəti mərhələyə yüksəlmək üçün pley-off oyunlarında iştirak edəcək. Hilyemark qazandıqları 3 xalın olduqca vacib olduğunu və buna nail olduqları üçün xoşbəxt olduğunu vurğulayıb: "Komandamla fəxr edirəm. Bu, Milad bayramından əvvəl hər kəsi üçün çox gözəl və vacib qalibiyyət idi. Qələbə əldə etməsəydik, növbəti mərhələ şansımız xeyli azalacaqdı. Bu, məni çox qürurlandırdı. Düşünürəm ki, nəhəng klublara qarşı da yüksək səviyyədə çıxış edə bilərik. Düşünürəm ki, harda olduğumuzu nəzərə alaraq fantastik səy göstəririk".
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC