Millimizin baş məşqçisi Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil.
Presssport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın içraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, Santuşun yığmamızdakı gələcək taleyi ilə bağlı danışaraq, 70 yaşlı portuqaliyalı mütəxəssisin hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimində olduğunu vurğulayıb: "Santuş iş başındadı və işini davam etdirir".
Xatırladaq ki, AFFA-nın hələ 3,5 illik müqaviləsi olan Santuşu bu ayın sonunadək istefaya göndərəcəyi ilə bağlı xəbərlər son günlər ölkə idman mətbuatını zəbt edib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC