"Millidə oynadığım vaxtlar Azərbaycan yığmasıyla qarşılaşmamışıq, amma onların bir çox oyununu izləmişik” - Rebrov

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Presssport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Ukrayna D qrupunda Fransa - Xorvatiya cütünün qalibi, İslandiya və Azərbaycan milliləri ilə yarışacaq.

Ukrayna Futbol Federasiyasının saytına danışan 50 yaşlı mütəxəssis bütün rəqiblərinin çətin olduğunu vurğulayıb: Düşünürəm ki, onların hər biri ilə oynaya bilərik. Bəli, birinci səbətdən bizə Fransa və ya Xorvatiya düşəcək. Məncə, fransızlar favoritdi, amma görəcəyik. Hazırlaşıb mübarizə aparacağıq. Fransızların reytinqi daha yüksəkdi. Amma Xorvatiyanın oyunlarına baxmışam və başa düşürəm ki, o da çox ciddi komandadır. Təsnifat mərhələsi başlamazdan əvvəl ayrılmış vaxtdan yararlanmalı və hər bir rəqibə yaxşı hazırlaşmalıyıq".

Rebrov hesab edir ki, İslandiyada oynamaq çox çətin olacaq: "Çünki bu komanda evdə güclü çıxış edir. Son vaxtlar islandiyalılar xeyli təkmilləşib. Onların bir çox oyunçusu yüksək səviyyəli çempionatlarda oynayır”.

Rebrov deyib ki, o, Ukrayna millisində oynadığı vaxtlar Azərbaycan millisi ilə qarşılaşmayıblar: “Amma onların bir çox oyununu izləmişik”.

Ukraynalı mütəxəsisin sözlərinə görə, iyun ayında iki yoldaşlıq oyunu keçirməyi planlaşdırırlar: “Amma indi danışıqlar gedir və ona görə də bu görüşlərlə bağlı konkret heç nə deyə bilmərik. Sadəcə, qeyd edim ki, 2026-cı il dünya çempionatına hazırlaşmağa kömək edəcək rəqibləri seçəcəyik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC