Yusif İmanovun başına gələn pis zarafat: "Lunyov ona yaxınlaşaraq dəstək verdi"

Premyer Liqanın XXII turunun açılış matçı olan "Qarabağ" - “Sabah” görüşü (3:3) bir sıra məqamlar baxımından diqəqt çəkdi. Sözsüz ki, ən yaddaqalan epizodlardan biri qonaqların milli üzvü olan qapıçısı Yusif İmanovun uzatma dəqiqələrində kobud səhvə yol verərək komandasını qələbədən məhrum etməsi oldu. "Sabah"ın qapıçılarla işləyən məşqçisi Vitali Kovalyovla Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdən sonra Yusiflə bağlı söhbətləşdik.

  • - Yusifin “Qarabağ”a qarşı oyununu ümumilikdə necə dəyərləndirərdiniz?
  • - Ən yaxşı oyunlarından biri. Bunu ümumilikdə cari mövsümə şamil edərdim. Sadəcə, son epizodu izahını “bədbəxtçilik” deyərdim (gülür). 
  • - Hər halda, epizodu şərh etsək…
  • - Bilməyərəkdən belə səhv baş verdi. Yəqin ki, bu, psixoloni təzyiqlə bağlıdı. Hər halda, son dəqiqələr gedirdi və çoxlu emosiyaya malik olursan. Bu halda hər mənada sıxılmış vəziyyətdəsən - konsentrasiya və s. baxımdan. Bu vəziyyətdə son dəqiqələrin getməsi də ona maneçilik törətdi.
  • - Belə demək olarmı ki, İmanov “özünü yandırdı”?
  • - Təkcə bu, yox, çox istəyi vardı qalib gəlmək baxımından. Hardasa bu, onunla pis zarafat etdi. 
  • - Oyundan sonra paltardəyişmə otağında çox dilxor idi?
  • - Əlbəttə! Son dəqiqələrdə belə üzücü qol buraxan hər bir qapıçı kimi o da məyus idi. Amma qorxulu heç nə yoxdu. Hətta Andrey Lunyov matçdan sonra ona yaxınlaşdı.
  • - Nə dedi?
  • - Gənc həmkarını dəstəklədi, ruhdan düşməmək baxımından atılan addım idi. Bilirsiniz, səhv qapıçı həyatının bir hisssəsidi. Belə səhvlər qaçılmazdı. Elə bir qapıçı yoxdu ki, xətaya yol verməsin.
  • - Hesab etmirsiniz ki, bu səhv növbəti oyunda ona psixoloji planda mənfi təsir göstərə bilər?
  • - Çalışacağıq ki, bu, olmasın. Əlbəttə, bunun üzərində işləyəcəyik. İrəli baxırıq, geri boylanıb baş verənə yox. Yalnız yaxşı şeyə köklənirik və işləməyə davam edirik. 
  • - Birdən-birə iki qapıçınız sıradan çıxıb. Nicat Mehbalıyevlə Rüstəm Samiqullin nə vaxt sıraya dönəcəklər?
  • - Bəli, onlar hələ ki zədəlidirlər. Nicatın oyunda zədələndiyini hamınzı gördünüz. O, reabilitasiya prosesi keçir. Rüstəm də matçda zədə alıb, sadəcə, bu, ikinci komandada olub. Düşünürəm ki, artıq biri, konkret Samiqullin bu həftədən sıralarımızda olacaq. 
  • - Bəs, Nicat nə vaxt məşqlərinizə qayıdacaq?
  • - Yekun qərarı həkimlər deyəcək. Əlbəttə, bu haqda tam dəqiq məlumatı onlar deyə bilərlər. 
  • - Bu müddətdə əvəzedici komandadan cəlb etdiyiniz qapıçılar necədirlər?
  • - Gənc qapıçılardı. Süleyman Həsənov yaxşı göstəricilərə malikdi. Böyük istəyi var. Çoxlu işləmək, keyfiyyətlərini inkişaf etdirmək lazımdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC