Rusiya mətbuatı “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda İsveçin “Elfsborq” klubuna Burosdakı (0:1) məğlubiyyətindən yazıb.
Sportal.az xəbər verir ki, “Sport-Ekspress” nəşri Azərbaycan çempionunun İsveçdəki uğursuz çıxışı haqda bunları qeyd edib:
"İsveçdəki matç əslində “Qarabağ”ın pley-offa çıxmaq uğrunda mübarizəyə müdaxilə etmək üçün son şansı idi və birinci hissədə tərəzi istənilən istiqamətə dönə bilərdi. Belə ki, Azərbaycan klubunu bir hücumda qapı dirəyi xilas etdi. Buna cavab olaraq Juninyonun başla vurduğu zərbə qapıdan santimetrlərlə yan keçdi. “Elfsborq” pley-offa ümidsizcəsinə yapışır, Qurban Qurbanovun komandası isə 6 oyundan sonra cəmi 3 xalı var və qarşıda FKSB ilə “Olimpiakos”la oyunlar gözləyir”.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC