Qara Qarayev Elmar Baxşıyevin ən böyük üstünlüklərindən birini açıqladı, Əfran İsmayılovla hazırkı münasibətlərinə toxundu: "Başqa söz-söhbətlər fırlanır ortada ki, bu oyunun...."
Artıq Misli Premyer Liqasının vahid lideri olan “Araz-Naxçıvan”ın uğurlu çıxışında mövsümün gedişində heyətinə qatdığı təcrübəli futbolçu Qara Qarayev də pay sahibi olur. Uzun illlər “Qarabağ”da və millimizdə uğurlu çıxış etmiş 32 yaşlı yarımmüdafiəçi yeni klubunda artıq əsas heyətdə yerini möhkəmlədib. Qara 2:0 hesablı qələbəylə döndükləri “Səbail” səfərindən sonra Presssport.az-ın suallarını cavablandırıb.
- Son turda son pillənin sahibi üzərində qələbə qazansanız da, bu, heç də asan başa gəlmədi…
- - Bizim üçün elə ən təhlükəli oyunlardan biri mediada belə bir matçın adının hallanmasıdı - autsayder, yaxud yuxarıda gedən komandanın olması. Çünki oyunun mahiyyətini, çətinliyini bilirik. Amma başqa söz-söhbətlər fırlanır ortada ki, bu oyunun mahiyyəti o qədər yox idi, komandaladan biri zəif, biri güclüydü. Bu üzdən bizim üçün ən vacibi idi bu görüşdən qalib ayrılmaq idi. Açığı, bu qarşılaşmaya hazırlaşmaq bir az çətin idi. Lakin düşünürəm ki, komanda olaraq hazırlaşa bildik və həftəlik qarşımıza qayılan hədəfi keçə bildik.
- - Qaldı bu ilin sonunadək 2 sədd - “Sabah”la “Qarabağ”. Bunları da uğurla aşmağınız nə dərəcədə realdı?
- - Vaxtımız olur və çalışacağıq ki, yenə eyni motivasiyayla, eyni yolla davam edək. Ümid edirəm ki, yaxşı bir nəticə əldə edə biləcəyik.
- - Oyun formanı artıq bərpa edə bilirsən?
- - Bəli, yavaş-yavaş daha yaxşı hiss edirəm özümü. İnşallah, bu qalibiyyətlər də olduqca özümə daha çox inam gəlir. Ümid edirəm ki, tezliklə daha yaxşı olacam.
- - Elmar Baxşıyevlə ilk dəfə işləyirsən. Onun uğur resepti nədir ki, komandası belə uğurlu çıxış edir və artıq çempionatımızın lideridi?
- - (gülür) Deyə bilmərəm onu.
- - Bəs, psixoloji gərginlikdə olmursunuz ki, görən, "Araz-Naxçıvan" bu dəfə necə çıxış edəcək, hansı yerdə qərarlaşacaq" kimi söz-söhbətləər görə?
- - Qətiyyən! Bəlkə də Elmar müəllimin ən böyük üstünlüklərindən biri uşaqların hamsına yetəri qədər o rahat hiss etməyi verməsidi. Ancaq lazım gələndə də onu kəsə bilir.
- - Bəs, Baxşıyevin köməkçisi olan Əfran İsmayılovla mə.çqi-futbolçu münasibəti necə alınır? Çünki uzun illər "Qarabağ"da birgə oynamısınız?
- - Əlbəttə (gülür). Çünki köhnə münasibətlərdə qalmıram. Ona da “Əfran hoca” deyirəm. Çalışıram ki, o subardinasiyanı qoruyum saxlayın.