""Bu qələbələrimiz də bizə motivasiya verməlidi ki, son 2 turda "Sabah"la "Qarabağ"a qarşı daha yaxşı oynayaq" - "Araz-Naxçıvan"ın kapitanı

Misli Premyer Liqasında sona 2 tur qalmış lider dəyişikliyi oldu. Belə ki, artıq “Araz-Naxçıvan” zirvədə tək qərarlaşıb. Komandanın təcrübəli futbolçularından olan hazırkı kapitanı Ürfan Abbasov Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən danışıb. 

  • - Bu meydançada çox oynamısan. “Səbail” səfəri hansı planda çətin olur?
  • - Açığı, meydança çox bərbad vəziyyətdədi. Bilirsiniz ki, sintetik qazonda oynamaq çox çətindi. Oyunun artıq 10-cu dəqiqəsində ayaqlar elə vəziyyətdə olur ki, onu hiss eləmirsən. Bir sözlə, çox çətin idi. Amma şükürlər olsun ki, qələbə qazandıq. 
  • - Rəqibin baş məşqçisi Cavid Hüseynov keçmiş komanda yoldaşın olub və onun yeni komandası hazırda son pilllədə gedir. Bir aryaxınlıq yox idim ki, son pillənin sahibi udmaq çətinlik çəkmərik?
  • - Yox, oyundan qabaq da belə bir söhbətimiz olmuşdu ki, “boşalmaq” olmaz. Rəqib sonda getsə də, çox yaxşı komandadı. Oyun planında yaxşı individual keyfiyyətdə futbolçuları var. Yaxşı analiz eləmişdik və matçın ilk hissəsi göstərdi ki, doğrudan da rəqib daha yaxşı oynayır. Lakin sonradan təşəbbüsü ələ aldıq və qol vurduq. Qoldan sonra daha rahat oynamağa başladıq. 
  • - Və qələbəni yenə qol buraxmadan qazandınız…
  • - Deyərdim ki, komanda şəklində çalışırıq nizam-intizamı qoruyaq. Məncə, bunun nəticəsidi ki, yenə qapımızda top görmədik.
  • - Son oyunlarda adət etdiyin sol yox, sağ cinah müdafiəçisi mövqeyində çıxış edirsən. Bir az diskomfort yoxdu buna görə?
  • - Düzdü, solda oynamağa öyrəşmişəm. Ancaq cinahların mənim üçün fərqi yoxdu ki, solda oynayım, yaxud sağda. Çalışıram ki, komandama kömək olum.
  • - Qarşıda bu il üçün son 2 çətin sınağınız qalıb. "Sabah" və “Qarabağ”la görüşlərdən nə gözləyirsiniz?
  • - Maksimum çalışacağıq ki, o oyunlarda da xal qazana bilək. Düzdür, son turda “Qarabağ”la matç daha çətin olacaq. Amma ondan əvvəl "Sabah"la görüş də var ki, onu da uğurla başa vurmalıyıq. Fikrimiz hələ ki bu qarşılaşmayadək. Çalışacağıq ki, yenə yaxşı nəticə üçün oynayaq.
  • - “Sabah”ın baş məşqçi dəyişikliyindən sonra işləri heç də pis getmir. Bu, sizə əlavə çətinlik yarada bilərmi?
  • - “Sabah” keyfiyyətli komandadı, bunu hazımız bilirik. Düzdü, bəzi oyunları alınmayıb. Amma bilirik ki, çətin olacaq. Bu qələbələrimiz də bizə motivasiya verməlidi məncə ki, son 2 matçı daha yaxşı oynayaq. 
  • - Startda “Qarabağ”a 1:4 məğlubiyyətdən sonra uduzmur. İndiki məqamda bu komandadan xal almağınız, yaxud onu yenməyiniz realdımı səncə?
  • - Bu, futboldu, hər şey ola bilər. Yemə deyirəm ki, sona kimi vuruşacağıq. İnşalah, həmin oyundan da yaxşı nəticəylə ayılacağımıza inanıramm.
  • - Turnir cədvəlində mövqeyiniz sizə rahatlıq verirmi?
  • - Deməzdim. İndiki kollektiv elə kollektivdi ki, bütün hamısı xarakterli, peşəkar futbolçulardı. Hamı öz işini bilir. Məncə, komandada arxayınlıq yoxdu.
  • - Bəs, psixoloji baxımdan təzyiq varmı nəticə verməklə bağlı?
  • - Yox, belə bir şey də yoxdu. Rəqiblərimizin aralanmaqdan istifadə edərək çalışırıq o “planka”nı saxlayaq. Bu, nə qədər, nə dərəcədə gedəcək - inşallah, bunu zaman göstərəcək.
  • - Elmar Baxşyevi çox yaxşı tanıyırsan. Onun uğur resepti nədi ki, komanfdası həm baxımlı oynayır, həm də nəticə qazanır?
  • - Elmar müəllimdə həmişə hücum futbolu olub. Mdüfaiədə də çalışırıq boşluqlar verməyək, oyundan “0”-dan çıxaq, əlimizə düşən 1-2 qol imkanı olsa belə, onu dəyərləndirək. 
  • - Bəs, Baxşıyev komandanın tonusda qalması üçün ab-havanı necə saxlayır?
  • - Hamısı yaxşı futbolçulardı. Başlayanda da demişdim ki, çox gözəl, mehriban kollektivimiz var. Məncə, bunun sayəsində belə nəticələr qazanmışıq.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC