Zlatko Daliç: "Azərbaycana uzun səfəri nəzərə alsaq, bəlkə də D qrupu daha çətin görünür"

Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən UEFA Millətlər Liqasının 1/4 finalında Fransa üzərində qələbə qazanacağı təqdirdə komandasının D qrupuna düşə biləcəyini şərh edib.

Presssport.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan təcrübəli mütəxəssis Azərbaycan, Ukrayna və İslandiya ilə eyni qrupda yer almağın müsbət və mənfi tərəflərini söyləyib: "Belə qeyri-adi püşkatmanı şərh etmək doğru olmazdı. Çünki biz hansı komandalarla oynayacağımızı hələ bilmirik. Ola bilsin ki, ilk baxışdan D qrupu daha güclüdü. Çünki orda çox güclü Ukrayna millisi yer alıb. Üstəlik, İslandiya və Azərbaycana iki uzun səfərləri nəzərə alsaq, bəlkə də D qrupu daha çətin görünür. Bununla belə, hər iki qrupda yüksək səviyyəli və iddialı komandalar var. Onlar da dünya çempionatına vəsiqə qazanmaq istəyir".

Xatırladaq ki, Fransa-Xorvatiya cütündə məğlub komanda L qrupunda Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariqlə qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC