Cavid Hüseynov buzda futbol oynamaqdan şikayətlənib: "Meydandançın vəziyyətini düzəltmək olardı"

"Səbail" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransına oyunu dəyərləndirməklə başlayıb: "Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vermirdi. Hava şaraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdi. Meydandançın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi "Zirə" ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq".

Hüseynov "Səbail"də ilk xalını keçmiş komandasından alıb. O, bu haqda hisslərini bölüşüb: Hər oyun mənim üçün eynidir, rəqibin fərqi yoxdur. "Səbail"də 4-cü matçımdır. İstəyərdim ki, qələbə qazanaq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC