“Neftçi”nin baş məşqçisi Samir Abasovun başı dərddən açılmır.
Presssport.az xəbər verir ki, Misli Premyer Liqasının keçən turunda “Sumqayıt”a məğlub olan “ağ-qaralar” bazar günü “Kəpəz”lə ev qarşılaşmasına ciddi itkilərlə çıxacaq.
Xeyli vaxtdır zədəsinin müalicəsi ilə məşğul olan yarımmüdafiəçi Emin Mahmudov hələ də kollektiv çalışmalara qoşulmayıb.
Sumqayıtdakı görüşdə zədələnərək meydanı vaxtından əvvəl tərk edən Robert Bauer üçün il başa çatıb. Belə ki, almaniyalı müdafiəçidə 2-ci dərəcəli əzələ dartılması aşkarlanıb.
Həmin oyunda xəsarət alaraq əvəzlənən yarımmüdafiəçilər - portuqaliyalı Rafael Quzzo ilə Rəhman Hacıyevdə də əzələ dartılmasının olması üzə çıxıb. Bu futbolçular da “Kəpəz”lə görüşü tribunadam izləyəcək.
Əməliyyatdan sonra fərdi məşqlərlə kifayətlənən müdafiəçi Azər Salahlı bu həftədən etibarən komanda ilə çalışmalara start verib. Lakin millimizin sabiq üzvü meydana çıxaraq tam gücü ilə mübarizə aparmaq gücündə deyil.
Beləliklə, “Neftçi” gəncəlilərlə birdən-birə 5 itki ilə çıxacaq.
Xatırladaq ki, dekabrın 15-də “Neftçi Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 18:30-da çalınacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC