Qurban Qurbanov "Qarabağ"a sevginin azalmasını istəmir: "Fikirləşməyin ki, tənbəlləşmişik, uğurdan doymuşuq"

“Mənə inanıb güvəndiyiniz üçün hər birinizə təşəkkür edirəm. Artıq 14-cü dəfədir ki, ilin ən yaxşı məşqçisi adına layiq görülürəm. Hisslərimi sözlə ifadə etmək çox çətindir. Həqiqətən mənim üçün çox xoş oldu. Hər dəfə ilin ən yaxşı məşqçisi seçiləndə məsuliyyət daha çox artır. Məni bu ada layiq görənlərə dərin təşəkkürümü bildirirəm. Təbii ki, mənə göstərilən etimadı doğrultmaq üçün hər zaman əlimdən gələni edirəm. Hər bir uğurdan sonra məsuliyyətim daha da artır, növbəti ilə daha istəkli başlamaq, uğurlu nəticə istəyirəm. Əfsuslar olsun ki, bəzən düşündüyümüz kimi alınmır”.

Presssport.az xəbər verir ki, bunu bu gün keçirilən mükafatlandırma mərasimində "Qarabağ"ın və Azərbaycanda ilin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın avrokubok oyunlarından bəhs edib: "Planlaşdırmadığımız epizodlarla üzləşirik. Vacib oyunlarda qırmızı vərəqələr, vacib oyunlardan öncə əsas oyunçuların zədəli olması... Mənim üçün məşq prosesi çox vacibdi. "Qarabağ"a sevginin azalmasını istəmirəm. Azarkeşlər bəzən bizdən daha çox şey gözləyirlər. Amma bəzən bəzi nüanslar buna mane olur. Fikirləşməyin ki, tənbəlləşmişik, uğurdan doymuşuq. Hər şeyi gözəl başa düşürük. Mən və klub üçün çətindi. Avropada "Qarabağ"a çox ciddi yanaşırlar. İşimizlə çox maraqlanırlar ki, necə olub klub bu səviyyəyə çatıb. Əvvəl böyük klubların rəhbərliyi bir gün öncə vacib olduğu üçün bizimlə görüşürdü, bu gün bizimlə hesablaşı. Bu klubun rəhbərliyini, işçilərimizi çox ciddi qarşılayırlar - Bakıda və ya səfərdə. Bütün rəqiblər çox ciddi hazırlaşırlar. Böyük klublara qarşı oynayırıq. Bəlkə məğlubiyyətlər bizə təcrübə verir".

Qurbanovun sözlərinə görə, iş saatlarını daha da artırmaq lazım olduğunu bilirlər: "Futbolçulara deyirəm sadə oynamalı, epizodlara daha ciddi yanaşmalıyıq. Məğlubiyyətlər bunu göstərdi. Bu il oyunlarımızı analiz edirik. Builki qədər qol epizodu yaratdığımız sezonumuz olmayıb. Avropada oyunlarımızdakı oyun dəqiqəsindən də bəhs edim. Son matçda oyun dəqiqəmiz 58-59 dəqiqə oldu. Amma ona qədər "Sabah"la oynadıq, 45 dəqiqə idi. 11-12 dəqiqə meydanda artıq oynadıq. Hamsı sürətdə, dinamikada.. Fərq çox böyükdü. Bəzən deyirik ki, oyunçu epizoddan istifadə edə bilmədi. Liqamızda oyunçu rahat olur. Avropada isə buna imkan vermirlər. Futbol çox inkişaf edib. O qədər xırda detallar var, analiz edirik. Geridəyik, amma buna baxmayaraq, sizləri sevindirməyə çalışırıq. Azərbaycan futbolunu klub səviyyəsində ən azından bu səviyyədə saxlamağa çalışırıq. İşləyirik. Tək özümüzü yox, sizləri - azarkeşləri düşünürük, xalqımızı düşünürük. Bu ilin sonuna yaxın nəticələrimiz zəif görünə bilər. Amma ili götürsək, 1/8 finala qədər yüksəldik. "Braqa"ya qarşı möhtəşəm oynadıq. Azarkeşlərimiz də Avropa futbolunun təcrübəsini yaşadı. Bu da təcrübədi. İnanın ki, bunu sevə-sevə edirəm. Sənətimi sevirəm. Çalışırıq ki, inamınızı qoruyub-saxlayaq".

52 yaşlı mütəxəssis digər məşqçilərə təşəkkür edib: "Zirə"ni deyə bilərəm, çox gözəl təcrübə yaşadılar. Rəşad və digər məşqçilər... Digər klublarımızda oyun sayı daha çox oldu. Avrokuboklarda oyun sayı artıb, yaxşıdı. Gələcəyə həmişə pozitiv baxıram. Daha yaxşı nəticələr əldə etməyə çalışacağıq ki, uğurlarımız daha çox olsun".

Xatırladaq ki, Qurbanov Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsində ilin məşqçisi seçilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC