"Penalti ilə bağlı etirazımız yoxdu, sadəcə..." - Adil Şükürov

"İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Qol epizodlarımız oldu. Vaxtında qolları vura bilmədik. Rəqib əlinə düşən fürsətlərdən yararlandı. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Belə oyunlar bizə daha da stimul verməlidir. Komandama inanıram. Daha yaxşı futbol oynayacağıq".

Presssport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 22-ci turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis ardından jurnalistlərin suallarını cavablandırıb.

- Penalti epizodunu necə dəyərləndirirsiniz?

- Ondan öncəki epizoda baxmalıyıq. Kornerdə rəqib oyunçu Amil Yunanovu itələmişdi. Penalti ilə bağlı etirazımız yoxdu, sadəcə, əvvəlki epizoda baxılmasını istəyirdik.

- Müdafiədəki boşluqların səbəbi nə idi?

- Komanda daha çox hücum edəndə, müdafiədə boşluqlar olur. Hər kəs həm hücum etməyə, həm də müdafiə olunmağa çalışırdı. 

- Oyundan sonra "Səbail"in məşqçisi Azər Məmmədovla "Kəpəz" azarkeşləri arasında gərginlik yaşandı. Orada nə baş vermişdi?

- Elə bir şey yox idi. Azər müəllim Cavadı önə çəkdi ki, Gəncə futbolunun yetirməsidir, ona dəstək olun.

- Klubun sponsorunun olmaması sizə necə təsir edir?

- Heç bir təsiri yoxdur. Bizim işimiz komandanı Premyer Liqada saxlamaqdır. Başqa heç nə barədə düşünmürürk. Bura gəlmişik, işimizi sona çatdırmalıyıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC