"Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində keçirilən qarşılaşmada zədələnən "Neftçi"nin futbolçusu Andre Şinyaşikinin durumuna aydınlıq gəlib.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baldır əzələlərində gərilmə olan braziliyalı cinah yarımmüdafiəçisi 2 həftədən sonra məşqlərə qoşula biləcək. Həmin matçdan əvvəl baş tutan məşq prosesində sıradan çıxan millimizi yarımmüdafiəçisi Eddi İsrafilov isə 1 həftə sonra komandaya qoşula biləcək.
Uzun müddətdir zədəli olan xorvatiyal qapıçı İvan Brkiç isə artıq fərdi hazırlaqlara start verib. Onun qısa müddətdən sonra komanda ilə məşqlərə qoşulması gözlənilir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC