Boksçularımız "Drakula"da qüvvələrini sınayacaqlar

Bu gün Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turniri start götürür.

Presssport.az xəbər verir ki, yarışda Azərbaycan milli komandaları da mübarizə aparacaqlar.

Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov yarışda Əli Məmmədov (46 kq), Zakir Həsənzadə (48 kq), İsmayıl Rzayev (50 kq), Bağır Əmirxanlı, Raul Heydərli (hər ikisi 52 kq), Sübhan Babayev (54 kq), Haqverdi Həsənov, Tamerlan Əlimzanov (hər ikisi 57 kq), Nurlan Abışov (60 kq), Kənan Aslanlı (63 kq), Valeh Eyvazlı (66 kq), Rza Rzayev (70 kq), İsmayıl Vəliyev (75 kq), Əmir Abbasov (80 kq) və Səftər Məmmədzadəni (+80 kq) sınayacaq.

Gənclərdən ibarət millinin baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında isə Bilalhəbəşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Elbrus Kərimli (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Abbasqulu Şadlinski (67 kq) və Ziya Həsənov (71 kq) mübarizə aparacaqlar.

“Drakula”da Azərbaycanı hakim kimi Qalib Əbiyev təmsil edəcək.

Yarışda final döyüşləri fevralın 17-18-də olacaq. Komandamız Vətənə ayın 19-da qayıdacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC