Voleybol Federasiyası ilk dəfə Bakıda "seçim günü" keçirəcək

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Presssport.az klubun mətbuat xidmətinə istinadən verir ki, bu məqsədlə ilk dəfə Bakıda “seçim günü” keçiriləcək.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma təfərindən aparılacaq seçimlərdə fərqlənəcək idmançılar yeniyetmə və gənc komandalara cəlb olunacaqlar.

Seçimlər AVF-nin idman zalında təşkil ediləcək. Burada 2011 (boy 170 sm-dan hündür, çəki 55 kq-dan az), 2012 (boy 170 sm-dan hündür, çəki 50 kq-dan az) və 2013-cü il (boy 168 sm-dan hündür, çəki 50 kq-dan az) təvəllüdlü qızlar iştirak edə bilər.

Məşqlər 16 fevral (16:00 - 21:00), 17 fevral (16:00 - 18:00) və 18 fevralda (16:00 - 18:00) gerçəkləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC