Üzgüçümüz Dünya Su İdmanı Çempionatına qatılıb

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Qətərin paytaxtı Dohada keçirilən Dünya Su İdmanı Çempionatına qatılıb.

Presssport.az xəbər verir ki, B kateqoriyalı lisenziya qazanan millinin kapitanı bu gün yarışa başlayacaq.

O, əvvəlcə 200 metr məsafəyə batterflyayda qüvvəsini sınayacaq. Ramil Vəlizadə fevralın 16-da 100 metr məsafədə batterflyay üsulunda çıxış edəcək.

Fevralın 2-də startı verilən turnirə hazırda Çin 25 medalla liderlik edir. Çempionatda 190 ölkədən 2600-ə yaxın elit idmançı mübarizə aparır.

Qeyd edək ki, Dünya Su İdmanı Çempionatına fevralın 18-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC