"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sına qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.
Presssport.az xəbər verir ki, UEFA matçı Danimarkadan olan hakimlər briqadasına tapşırıb.
Belə ki, görüşün baş hakimi Morten Kroq olacaq. Ona yan xətt hakimləri qismində Vollenberg Rasmussen və Steffen Bramsen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC