Xvalko səhvini etiraf etdi: "Demirəm oyunu hakim "sındırdı"

"Kəpəz"in kapitanı Yeqor Xvalko Premyer Liqanın XXII turunda “Səbail”ə evdə 1:4 hesabıylq uduzduqları matçda sonra jurnalistləri sualların cavablandırıb. Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, belaruslu mərkəz müdafiəçisi görüş haqda danışıb.

-  Prinsipcə, birinci hissədə yaxşı oyandıq. Üstünlük bizim tərəfdə oldu. Hətta ikinci qolu da vura bilərdik. "Səbail"in də müəyyən fürsətləri var idi. Amma ilk hissə ümumilikdə üstünlüyümüz ilə keçdi. Qapımıza təyin edilən penalti vəziyyəti dəyişdi.

- Necə düşünürsən, həmin epizoda penalti var idi?

- İstənilən halda, bütün qaydaları bilə bilmərəm. Hakimlər qaydaları məndən daha yaxşı bilirlər. Həmin epizoda hakim qapımıza penalti təyin elədi.  Futbol kişi oyunudur. Burda elə epizodlar baş verir ki, əvvəlcədən planlaşdırılmamış olur. Top sadəcə olaraq, əlimə dəydi. Penalti etmək fikrim yox idi. Epizodun əvvəlinə baxsaq görərik ki, yan xətt hakimi topu autdan oyuna daxil etməli olduğumuzu dediyi halda, referi onun qərarını ləğv edir və əks tərəfin xeyrinə qərar qəbul edir. Ondan əvvəlki epizodda isə rəqibin hücumçusu formamdan çəkirdi. Ümumiyyətlə, hakim hər hansı bir reaksiya vermədi. Demirəm ki, bütün kiçik epizodlar dayandırılmalıdır. Dediyim kimi, futbol kişi oyunudur. Həmin penalti oyunun dəyişməyinə təsir etdi.

- Demək istəyirsiz ki, oyunun sınma nöqtəsi həmin penalti idi ? Belə çıxır ki, uduzmağınıza hakim səbəbkar idi? 

- Yox, bu, səhvim idi. Demirəm oyunu hakimi “sındırdı”. Etiraf edim ki, hadisələrin inkişaf mərkəzində olduğum üçün oyunun dəyişməsinə səbəbkar idim.

- İstənilən halda, ikinci hissədə fərqli "Kəpəz" gördük. Bu, psixoloji basqının nəticəsi idi?

- Komanda şəklində pis mübarizə apardığımızı düşünmürəm. Elə ikinci hissədə də əslində, pis oynamadıq. Buraxdığımız bütün toplar fərdi səhvlərmizdən qaynaqlanır. Biz də çalışdıq, müəyyən epizodlar yaratdıq. İlk yarının sonundakı penalti istənilən halda, komandaya müəyyən psixoloji təsir göstərmişdi. Artıq bu oyunu unudub qarşıdakı maçt haqda düşünməliyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC