"Zirə"nin aparıcı futbolçusu Ruan Renato "Neftçi"ylə Azərbaycan Premyer Liqasının XXIII turunun matçında oynaya bilməyəcək.
Presssport.az xəbər verir ki, buna 30 yaşlı braziliyalı mərkəz müdafiəçisinin “Sumqayıt”la son turun səfər matçında sarı vərəqə alaraq cəzalı duruma düşməsi səbəb olub.
Maraqlıdı ki, Ruan qış fasiləsindən sonra ardıcıl 4-cü matçda rəsmi xəbərdarlıq alıb.
Xatırladaq ki, "Neftçi" - "Zirə" görüşü fevralın 18-də baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC