“Yolumuza davam etməli, addım-addım irəliləməliyik. Gözəl qələbə və vacib 3 xal qazandıq. Bunun ardını gətirməliyik. Allaha da şükürlər olsun ki, mənə qol vurmaq şansı verdi”. Bu fikirləri "Turan Tovuz"un braziliyalı futbolçusu Aleks Souza Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
O, növbəti turda "Sumqayıt"la səfər oyunundan və avrokuboklara düşməklə bağlı gözləntisini açıqlayıb: "Təbii ki, meydana qələbə üçün çıxacağıq. "Sumqayıt"la oyuna ciddi hazırlaşmalıyıq.
İlk "üçlüy"ə yaxınlaşa bildiyimiz üçün çox şadam. Çalışıb bunun davamını gətirməliyik. Biz bir ailə kimi olanda bütün maneələrin öhdəsindən gələ bilirik. Bu mənada bizə bu ailə ab-havasını yaradan azarkeşlərə, xüsisilə "Ultra Turan"a təşəkkür edirik".
“Sambaçı” süni ot örtüyündə top qovmağıb oyununa necə təsir etməsindən də danışıb: “Əlbəttə, təsir edir və çox istərdim ki, oyunlarımız da təbii meydançada keçirilsin. Amma indi halda süni qazonda oynadığımız üçün süni örtükdə məşq edirik ki, bu örtüyə öyrəşə bilək”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC