"Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyun öncəsi ölkəsinin mətbuatına açıqlama verib.
Presssport.az xəbər verir ki, mərkəz yarımmüdafiəçi Portuqaliya klubuna qarşı oyunlarda yaxşı nəticə qazanmaq şanslarının olduğunu söyləyib: "Bu nəhənglərin sırasında olmağımız onu göstərir ki, işimiz yaxşı gedir. “Qarabağ” son illər Azərbaycanda əla çıxış edir və bu, bizə daha böyük xəyallar qurmağa imkan verir. Hər kəsi təəccübləndirmək üçün böyük şansımız var. Amma təvazökar olmalı və "Braqa"ya qarşı güclü olmalıyıq".
Qeyd edək ki, keçiriləcək "Braqa" - "Qarabağ" matçı fevralın 15-də Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək. Komandalar arasında cavab matçı fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC