"Braqa" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah evdə "Qarabağ"la qarşılaşacaq.
Presssport.az xəbər verir ki, Portuqaliya təmsilçisinin baş məşqçisi Artur Jorje matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.
O, "Qarabağ"la oyunun çətin olacağını bildirib:
“Keyfiyyəti çox olan rəqibdi. Hər il Avropa yarışlarında iştirak edirlər. Onlar daxili çempionatda uğurlu çıxış edirlər. Çətin oyun olacaq”.
Jorje hesab edir ku, Bakıya qələbəylə yollanmaıatı vacibdi: "Cavab matçı üçün vacib üstünlük qazanmaq üçün qalib gəlməyə çalışacağıq. “Qarabağ” rəqabətdə fərqlənmək istəyir və buna hazırlaşmalıyıq".
Qeyd edək ki, "Braqa" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da start götürəcək. Komandalar arasında Bakıdakı cavab matçı fevralın 22-də baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC