“Güclü tərəfimiz əks-hücumdu. Əks-hücumlarda çox oynayırıq, topa sahib olmağı da sevirik”.
Presssport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Julio Romao Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib.
Braziliyalı yarımmüdafiəçi öz oyun üslublarından danışıb: “Son vaxtlar Avropa Liqasında topa daha çox sahib olmağa və rəqibə təzyiq etməyə çalışırıq. Çünki topa sahibliyi çox tez bərpa etməyə çalışırıq və onu ələ keçirərkən tez hücuma keçirik”.
Romao səfərdə çıxış etmələrinə baxmayaraq, Bakıya sərfəli nəticə ilə qayıtmaq arzusunda olduqlarını söyləyib: “Bu, təkcə mənim üçün deyil, Portuqaliyada vaxt keçirmiş digər oyunçular üçün əla gün olacaq. “Braqa”nın güclü olduğunu bilirik. Son məğlubiyyətə baxmayaraq, çox yaxşı komandadı, güclü heyəyə malikdi. Amma biz də uzun illər Avropa Liqasında oynamışıq və təcrübəmiz var. Hər iki komanda qələbə qazana bilər".
Xatırladaq ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC