"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbolçu karyerasını bitirdiyi "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubuyla dueldən gözləntisini açıqlayıb. Gənc mütəxəssis Presssport.az-ın əməkdaşının iştirak etdiyi brifinqdə səfər matçının ilk 45 dəqiqəsində çox şeyin asılı olacağını söyləyib: "Hər şeyi oyunun gedişatı göstərəcək. İlk matçdan çox şey asılıdı. İnanıram ki, "Qarabağ" mərhələni keçən tərəf olacaq. Çünki komandanın itirəcəyi bir şey yoxdu. Bu il rekorda imza atıblar. Üzərlərində o qədər böyük təzyiq yoxdu, daha rahat oynayacaqlar. Ən vacibi odur ki, oyun günü əsas heyətin oyunçuları yaxşı formada olsun. "Qarabağ" səfərdə ilk hissədə rəqibə yaxşı müqavimət göstərə bilsə, arxası gələcək". Xatırladaq ki, komandalar ilk olaraq fevralın 15-də Brqada, bundan bir həftə sonra Bakıda görüşəcək. MEHMAN SÜLEYMANOV
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC