"Juninyonun rəqib müdafiəçiləri üçün necə təhlükəli olduğunu bilirik" - Felipe Luis

"Flamenqo"nun baş məşqçisi Felipe Luis "Qarabağ"dan transfer etdikləri Olavio Juninyo haqqında danışıb.

Presssport.az xəbər verir ki, Juninyo ötən gecə Quanabara Kubokunun qrup mərhələsinin 5-ci turunun “Volta Redondo” ilə görüşündə (2:0) meydana çıxmaqla komandada debüt edib. 

Matça ehtiyatda başlayan 28 yaşlı forvard 60-cı dəqiqədə - komandası 2:0 öndə olarkən Beyni Henrikenin əvəzləyib. 

Luis deyib ki, Juninyonun xüsusiyyətlərini, necə bir futbolçu olduğunu, onlara kömək edə biləcəyini və rəqib müdafiəçiləri üçün nə qədər təhlükəli olduğunu bilirlər: "O, "Flamenqo" forması ilə meydana çıxa bildi. Bu, xüsusi bir məqamdı. Ddebütümü xatırlayıram. Ona görə həmişə deyirəm ki, ilk oyun xüsusidi. Juninyonu "Flamenqo" formasında görmək, bütün komanda yoldaşları kimi onun da əlindən gələni etməsi bu kollektivin səviyyəsini yüksəldi".

Xatırladaq ki, Olavio yanvarın 15-də “Flamenqo” ilə müqavilə imzalayıb. O, Braziliya təmsilçisinə 5 milyon avro təzminat qarşılığında keçib

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC