UEFA Avropa Liqası Liqa mərhələsinin 8-ci turundan öncə cəzaları açıqlayıb.
Presssport.az,xəbər verir ki, qitə ali futbol qurumu "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
62 yaşlə portuqaliyalı mütəxəssisin cəzalanmasına səbəb 7-ci turun "Lion"la matçının (0:0) 2-ci hissəsinə komandasını gec çıxarması səbəb olub. Bununa da Mourinyo Liqa mərhələsinin son oyununda komandasının yanında olmayacaq.
Xatırladaq ki, "Fənərbaxça" 8-ci tur çərçivəsində Danimarkada "Midyulland"ın qonağı olacaq. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC