Qazaxıstan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Presssport.az xəbər verir ki, istefaya göndərilən rusiyalı mütəxəssis Stanislav Çerçesovu Əli Əliyev əvəz edəcək.
Əslən azərbaycanlı olan Əliyev bundan əvvəl “Qızıljar”ı çalışdırıb. 44 yaşlı mütəxəssis eyni zamanda “Jenis”, “Şaxtyor” və “Astana”nın gənclər komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında Petropavlovsk komandası 2023-cü il Premyer Liqada 5-ci yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanıb.
Onu da bildirək ki, Əliyev bir neçə il öncə Azərbaycanda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun yanında PRO kateqoriyası diplomu almaq üçün təcrübə keçib.
Xatırladaq ki, Qazaxıstan yığmasını 6 oyuna çıxaran Çerçesov 5 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalaraq UEFA Millətlər Liqasında qrup sonuncusu olub və C Liqasına düşüb. Orta Asiya təmsilçisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Belçika, Uels, Şimali Makedoniya və Lixtenşteyn yığmalarıyıa bir qrupda yer alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC