"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının son turunun "Olimpiakos"la oyunu üçün Pireyə yola düşərkən Heydər Əliyev adına Beynəlxalq hava limanında müsahibə verib.
Presssport.az,xəbər verir ki, "CBC Sport"a danışan Ağdam klubunun çalışdırıcısı oyuna hazırlaşmaq üçün vaxtlarının az olduğunu deyib: "Son iki məğlubiyyətdən sonra "Olimpiakos"la matça hazırlaşmaq bir o qədər asan deyil. Oyunun bizim üçün mahiyyəti olmasa da, bilirik ki, azarkeşlərimiz həmin matçı səbirsizliklə gözləyəcək. Bizdən yaxşı oyun və yaxşı nəticə gözləyəcəklər. Çalışacağıq ki, "Olimpiakos"la görüşdə var gücümüzlə ən yaxşısını edək. Yaxşı oyunla, yaxşı nəticə ilə geri dönmək haqda düşünürük".
Xatırladaq ki, "Olimpiakos" - "Qarabağ" görüşü yanvarın 30-da keçirləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC