"Xorvatiyaya xal və ya xallar qazanmaq üçün yollanacağıq" - Borisov

Avropa çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyunda Xorvatiya yığması ilə qarşılaşacaq. 

Presssport.az xəbər verir ki, yanvarın 31-də səfərdə keçiriləcək görüşün hazırlığını davam etdirən millimiz səhərə yaxın yola düşəcək. 

Bakıdakı son məşqdə baş məşqçi Vitali Borisov hazırlıq prosesini izləyən jurnalistlərin suallarını cavablandırıb: “İki gündür təlim-məşq toplanışındayıq. Əsasən taktiki planda məşqlər keçirik. Uşaqlar çalışır ki, deyilənləri meydanda tətbiq etsin. Hazırlığa 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət etmişik. İlkin siyahı ilə müqayisədə Seymur Məmmədov zədəli olduğuna görə komandadan kənarda qalıb. Murad Quluzadə də həmin səbəbdən bizimlə deyil. Seymurun əvəzinə heyətə İlham Alıyevi dəvət etmişik. Kənan Manafov da bir müddət idi zədədən əziyyət çəkirdi. Ona görə İsveçlə görüşü buraxmışdı. İndi komandaya kömək edəcək vəziyyətdədi".

Gənc çalışdırıcı Xorvatiyanın sayılıb-seçilən rəqiblərdən olduğunu vurğulayıb: “Onlar daim Avropa və dünya çempionatlarının final mərhələsində iştirak edir. Əlbəttə, səfərə xal və ya xallar qazanmaq üçün yollanacağıq. Hər bir görüş bizim üçün vacibdi. Daha sonra Bakıda Yunanıstanla üz-üzə gələcəyik. Hələ ki, yanvarın 31-dəki matçı düşünürük”.
Borisov U-19 millisini Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib: "Gənclərimiz yaxşı mübarizə apardı. Bu komandanı daim izləyirik. Perspektiv vəd edən və potensiallı futzalçılar var. Gələcəkdə onları da A milli komandaya dəvət edəcəyik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC