Bu gün Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulacaq.
Presssport.az xəbər verir ki, VIII turun bütün matçları eyni gündə və eyni saatda keçiriləcək. Daha əvvəl “Liverpul”la "Barselona"nın 1/8 finala, “Arsenal”, “Aston Villa”, “Atalanta”, “Atletiko”, “Bavariya”, “Bayer”, “Borussia” D, “Brest”, “İnter”, “Lill”, “Milan”, “Monako”, “Real”, “Seltik”, “Feyenoord”, “Yuventus"un isə ən az pley-offa vəsiqə qazandığı dəqiqləşib.
Həmçinin "Bolonya", "Jirona", "Zalsburq", "Leypsiq", "Slovan", "Sparta", "Srvena Zvezda", "Şturm", “Yanq Boyz”un artıq turnirlə vidalaşacağı məlumdu.
Beləliklə, növbəti mərhələyə yüksələcək 24 komandadan 18-nin adı artıq bəllidi.
Xatırladaq ki, Liqa mərhələsində 1-8-ci yeri tutanlar 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə yüksəlib. 25-36-cı yeri tutanlar avrokuboklarda iştkrakını başa vurur.
29 dekabr
00:00. "Barselona" (İspaniya) – "Atalanta" (İtaliya)
00:00. "İnter" (İtaliya) - "Monako" (Fransa)
00:00. "Ştutqart" (Almaniya) - PSJ (Fransa)
00:00. "Yuventus" (İtaliya) – "Benfika" (Portuqaliya)
00:00. PSV (Niderland) – "Liverpul" (İngiltərə)
00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika)
00:00. "Brest" (Fransa) – "Real" (Madrid, İspaniya)
00:00. "Bayer" (Almaniya) – "Sparta" (Çexiya)
00:00. "Borussiya" (D, Almaniya) - "Şaxtyor" (Ukrayna)
00:00. "Bavariya" (Almaniya) - "Slovan" (Slovakiya)
00:00. "Zalsburq" (Avstriya) - "Atletiko" (İspaniya)
00:00. "Jirona" (İspaniya) – "Arsenal" (İngiltərə)
00:00. "Aston Villa" (İngiltərə) – "Seltik" (Şotlandiya)
00:00. "Sportinq" (Portuqaliya) – "Bolonya" (İtaliya)
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Milan" (İtaliya)
00:00. "Şturm" (Avstriya) – "Leypsiq" (Almaniya)
00:00. "Lill" (Fransa) – "Feynoord" (Niderland)
00:00. "Yanq Boyz" (İsveçrə) – "Srvena Zvezda" (Serbiya)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC